Rusiyaya Avropa valyutasının ixracı qadağan edildi –Britaniyadan yeni sanksiyalar

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, yeni məhdudiyyətlər maliyyə və broker xidmətlərinin göstərilməsinə qadağanı nəzərdə tutur. Həmçinin Rusiyaya Avropa valyutaları və funt sterlinqlərinin ixracı, bir sıra malların və neft emalı sənayesi üçün texnologiyaların göndərilməsi qadağan edilib.

Rusiyaya ixracı qadağan edilən mal və məhsulların siyahısında aşağıdakılar da var: kimyəvi və bioloji silahların istehsalı üçün komponentlər və texnologiyalar; dəniz daşımaları və dəniz texnologiyaları; neft emalı texnologiyaları və avadanlıqları; Rusiyanın əsas iqtisadi sektorları üçün əlavə texnologiyalar və komponentlər. Bundan əvvəl ABŞ və Avropa İttifaqı (Aİ) da Rusiyaya qarşı oxşar maliyyə məhdudiyyətləri tətbiq edib. Mart ayında ABŞ prezidenti Co Bayden Rusiyaya dolların tədarükünü qadağan edən fərman imzalayıb. Martın əvvəlindən Aİ Rusiyaya avronun ixracını qadağan edib.

Azpost.info

Əvvəlki məqalə

Boris Conson Ruandaya səfər edib

Sonrakı məqalə

Lavrov ABŞ-İsrail alyansına qarşı çıxdı –