“Rusiyaya Roma Statutunun tələblərindən yan keçməyə imkan verən saziş təklif etmişdik”- Erməni vitse-spiker

“Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələblərindən yan keçməyə imkan verən dövlətlərarası saziş imzalamağı təklif etmişdi”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib.

O, belə bir sazişin imzalanmasının Roma Statutunun ratifikasiyasından aylar əvvəl təklif edildiyini, lakin Moskvanın hələ də cavab vermədiyini deyib.

Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyaya ikitərəfli müqavilə imzalamağı təklif etmişdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən nəzarətə götürülməsin, ratifikasiya əlaqələrimizə təsir göstərməsin. Hələ cavab almamışıq”, – o qeyd edib.

Oktyabrın ortalarında Ermənistan prezidenti Roma Statutunun ratifikasiyasını təsdiqləyib. Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinin tanınması haqqında fərman da imzalanıb. Bundan əvvəl sənəd ölkə parlamenti tərəfindən qəbul edilib.

Azpost.info

 

Əvvəlki məqalə

Həbs olunan Babayan Xocalıda öldürülən azərbaycanlıların basdırıldığı yerləri göstərdi

Sonrakı məqalə

“İrəvanın Roma Statutu ilə bağlı təklifiylə razılaşmamalıyıq”