Ruslar 1500-ə yaxın İran “Şahed” dronu istehsal ediblər

Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasında İran dronlarının istehsalı zavodunun tikintisi plana uyğun gedir.

Azpost.info xəbər verir ki, bu barədə “Alabuqa”da peyk şəkillərini və zavodun daxili sənədlərini tədqiq edən ABŞ Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatında deyilir.

Hesabata əsasən, aylıq istehsal 200 PUA-ya yaxınlaşır və plana görə, oktyabrın sonuna qədər Ukrayna cəbhəsinə 1416 qurğu getməli idi.

İrandan gətirilən “Şahed-136” dronlarının yığılmasına 2023-cü ilin fevralında başlanılıb. May ayında zavod onlar üçün korpuslar istehsalına başlayıb.

Bundan sonra zavod ayda 226 pilotsuz uçan aparat istehsal səviyyəsinə çatmalı və 2025-ci ilin sentyabrına qədər Müdafiə Nazirliyi ilə müqavilə əsasında ümumilikdə 6000 dron istehsal etməlidir.

Azpost.info

Əvvəlki məqalə

Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib

Sonrakı məqalə

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq