“Ruslar Ukraynada oğurlanmış taxıl üçün alıcı axtarır” –“The New York Times”

“Rusiya hökuməti Ukraynada oğurlanmış taxıl üçün potensial alıcılar axtarır”.

Azpost.info xəbər verir ki, “The New York Times” bunu ABŞ-dakı diplomatik mənbələrə istinadən yazır.

Məlumata görə, ABŞ Dövlət Departamenti dünyanın 14 ölkəsinə, ilk növbədə də Afrika ölkələrinə belə bir ehtimalla bağlı xəbərdarlıq edib.

Həmçinin oğurlanmış taxılı daşıyan üç Rusiya gəmisinin adını çəkib. Qəzet yazır ki, bu xəbərdarlıq onsuz da Qərblə Şərq arasında tələyə düşdüyünü hiss edən Afrika ölkələri üçün seçimi daha da kəskinləşdirir: “İki seçim var – güclü Qərb müttəfiqi ABŞ-ı qəzəbləndirməmək, yoxsa ucuz taxıldan imtina etməmək”.

“The New York Times” qeyd edir ki, afrikalılar üçün yeməyi haradan aldıqlarının elə bir əhəmiyyəti yoxdur. Yemək ehtiyacı o qədər kəskindir ki, heç bir mübahisəyə yer qalmır. Qeyd edək ki, Kiyev Rusiyanı 100 milyon dollarlıq Ukrayna buğdasını oğurlamaqda ittiham edir.

Azpost.info

Əvvəlki məqalə

“Polad Həşimovun heykəlini sifariş edən “dil pəhləvan”ları hara yoxa çıxdı?” –

Sonrakı məqalə

8 il əvvəl Azərbaycanın İrana təhvil verdiyi narkotacir yenə sərhəddə ələ keçdi –