Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.

Əvvəlki məqalə

Aİ-92 benzini 1 manat 10 qəpik, dizel 1 manat olub

Sonrakı məqalə

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı 70 qəpik olub