Şəmkirdə bazarda baş verən yanğın söndürülüb

Şəmkirdə bazarda baş verən yanğın söndürülüb.

FHN-dən verilən xəbərə görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.