“Səfiri və bütün rus jurnalistləri ABŞ-dan qovun!”- “The Wall Street Journal” Baydenə müraciət etdi

Əməkdaşı Evan Gerşkoviçin həbsindən sonra “The Wall Street Journal” qəzeti Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ABŞ-dan çıxarmağa çağırıb.

Azpost.info xəbər verir ki, nəşr ABŞ rəhbərliyindən konkret addımlar tələb edib.

“Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən qovulması veriləcək ən minimal cavabdır”, – müraciətdə deyilir.

E.Gerşkoviç martın 30-da Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, ABŞ-ın göstərişi ilə Rusiyanın müdafiə müəssisələrindən biri haqqında məxfi məlumat toplamaqda ittiham olunur. Dünən Moskvanın Lefortovo məhkəməsi Qerşkoviçi casusluqda şübhəli bilərək barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Jurnalistin işi “tam məxfi” qrifi altında araşdırılacaq.

“The Wall Street Journal” qarşı casusluq ittihamını qəti şəkildə rədd edir və onun dərhal azal edilməsini tələb edir.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof məhv edilib

Sonrakı məqalə

Küləkli hava sabah axşamadək davam edəcək