Səfirlik ABŞ-ın Qafqaz üzrə baş müşavirinin Azərbaycana səfərinin məqsədini açıqlayıb-FOTO

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən  verilən xəbərə görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

“Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.

Əvvəlki məqalə

“Krım Rusiya üçün tələdir”

Sonrakı məqalə

MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb