Şəhid hərbçi Eşqin Hüseynov Tovuzda dəfn edilib- FOTO

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.

Şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanlar kəndinin qəbiristanlığında torpağa tapşırılıb. (APA)

 

**

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

Şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Mərasimdən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Əvvəlki məqalə

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sonrakı məqalə

Rəsədxana kosmik hava durumunu və proqnozunu