Səhiyyə naziri apteklərdə bəzi dərmanların niyə yoxa çıxdığını açıqladı

“Heç bir dərman vasitəsi ilə bağlı çatışmazlıq yoxdur”.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur: “Bilirsiniz ki, istehsalçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir”.

Nazir onu da qeyd edib ki, Ukraynada olan vəziyyətlə əlaqədar olaraq mart ayında Nazirlər Kabinetinin tapşırığı ilə alternativ bazarlar müəyyən olunub və oradan gələn dərmanlar alternativ bazarlardan təmin edilir. Bununla əlaqədar heç bir korluq yoxdur. (APA)

 

Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, Yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirilməkdədir. O bildirib ki, bu istiqamətdə Ələt və Pirallahı Azad İqtisadi Zonasında işlər aparılır:

“İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək”.

Əvvəlki məqalə

“Ukrayna suverenliyini və əhalisinin 53,7 faizini itirib”

Sonrakı məqalə

Gələn il orta aylıq maaş 898 manat olacaq