Səhiyyə Nazirliyi loqoped mərkəzində uşaqlara işgəncə faktını araşdırır

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə  Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir.

Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

Əvvəlki məqalə

Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verilib –

Sonrakı məqalə

“Armen Qriqoryanın Xankəndinə səfəri təxribatıdır…Cavabı veriləcək!” –