Şəmkir sakini İcra hakimiyyətinin qarşısında özünü yandırdı

Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.(APA)

Əvvəlki məqalə

Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? –

Sonrakı məqalə

Bakıda işçilərin orta aylıq maaşı min manatdan yuxarıdır