“Sərhədlərin delimitasiyasının müzakirəsi gözəl xəbərdir” –NATO rəsmisi

Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir.

APA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “Twitter”də bildirib.

O əlavə edib ki, bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.

Kolomina qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir, Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.