Sabah bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Fevralın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Əvvəlki məqalə

Makron Çinə rəsmi səfərə gedəcək

Sonrakı məqalə

“Türkiyədə zəlzələdə yıxılan binalarla bağlı 184 nəfər həbs olunub”