Sabah Brüsseldə Bakı və İrəvanın delimitasiya komissiyasının iclası keçiriləcək

Noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının üçüncü iclası keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri noyabrın 3-də Brüsseldə keçiriləcək iclasda iştirak edəcəklər”, – XİN-dən bildiriblər.

İclasda Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan, Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.

Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Həmin görüşdə tərəflər təşkilati və prosedur məsələləri, eləcə də gələcək işlərin əsasnaməsini müzakirə ediblər. Həmçinin üçüncü görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.