Sabaha olan hava proqnozu

hava proqnozu haqqında
hava proqnozu haqqında

Bakıda və Abşeron yarımadasında hava proqnozu necə olacaq? Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzPost-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Gecə temperaturu: 4-7° isti

Gündüz temperaturu: 7-9° isti

Atmosfer təzyiqi: 765 mm civə sütunu

Nisbi rütubət: gecə 75-85 %

Azərbaycanın rayonlarında hava proqnozu necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə temperaturu: 0-5° isti

Gündüz temperaturu: 8-13° isti

Dağlıq rayonlarda gecə temperaturu: 5-10° şaxta

Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.