Bu il oktyabrın 1-dən Böyük Britaniyada birdəfəlik plastik qablar qadağan ediləcək.
Azpost.info-nun məlumatına görə, Britaniya höküməti öz saytında deyir ki, qadağa pərakəndə satıcılar, restoranlar, qida tədarükçüləri və qonaqpərvərlik bizneslərinə şamil edilir.
Oktyabrın 1-dən sonra belə qablardan istifadə etməyə davam edən şirkətlər cərimələnəcək. Bununla belə, sahibkarlar “qablaşdırma” kimi təsnif edildiyi üçün müxtəlif növ plyonka, qablar və plastik qablardan istifadə edə biləcəklər.
Bəzi növ plastik qablar – məsələn, boşqablar ancaq bir müəssisədən digərinə tədarük edilə bilər.