Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək. “Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb. Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə manazının qılınması qadağan olunmuşdu.