Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun müavinləri olan İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.
Azpost.info bildirir ki, onlar qərarlarını açıqlayıblar.
“Mən HƏP-i tərk etdim”-deyə Q.Qulu bəyan edib. Q.Qulu bundan sonra heç siyasi mənsubiyyəti olmayacağını bildirib.
İstefaya səbəb HƏP-in hakimiyyəti dəstəkləməklə bağlı qərarı ilə razılaşmadıqları olub.
İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. Müxtəlif ölkələrdə Azərbaycanın səfiri olub. Qüdrət Quliyev isə 1995-97 -cı illərdə xarici iqtisadi əlaqələr naziri işləyib.
Azpost.info