Sağlam qidalanma zehni gücləndirir –Hansı yeməklər xəstəliyi tez yaxınlaşdırır? (TƏDQİQAT)

Kitab oxumaq və ya krossvord həll etməklə yanaşı, düzgün qidalanma ilə zehnin güclənməsinə nail olmaq olar. Bu qənaətə Missuri Universitetinin alimləri gəlib.

“MedikForum” saytının məlumatına görə, amerikalı alimlərin araşdırmaları heç bir müalicə üsulları olmayan bir xəstəlikdən özünü qorumağın sadə və etibarlı yolunun mövcud olduğunu göstərir. Söhbət Altsheymer xəstəliyi və digər demensiya növlərindən gedir. Tədqiqatlar göstərib ki, optimal miqdarda zülal, yağ və karbohidrat ehtiva edən düzgün qidalanma Altsheymer xəstəliyinin inkişafını gecikdirə və ya hətta qarşısını ala bilər.

Xüsusilə Raçelski ailəsinin hekayəsi buna nümunə ola bilər, bu ailə haqqında hətta bütöv bir telesüjet da çəkilib. 2016-cı ildə Meri Raçelski rəsmi diaqnozla üzləşib – orta dərəcədə koqnitiv pozğunluq daha sonra Altsheymer xəstəliyinə çevrilib.

Cütlük onlar yaddaş itkisinin müalicə edilə bilməyəcəyini söyləyən bir çox fərqli mütəxəssisə müraciət ediblər. Lakin Meri və Endi təslim olmadılar, eyni zamanda, müstəqil araşdırmaya başladılar. Onlara pəhriz yanaşmasını tövsiyə edən bir tibb işçisi tapdılar. O, bədəndə çoxlu şəkər istehsal edən hər şeydən imtina etməyi məsləhət gördü. Bu effekt isə xüsusilə emal edilmiş qidaları qəbul etdikdən sonra özünü göstərir. İndi ər-arvadın soyuducusu sözün əsl mənasında meyvə, tərəvəz, bitki məhsulları və üzvi ətlə doludur. Bir neçə il belə qidalandıqdan sonra Meridə intellektin zəifləməsi prosesi yavaşlayıb.

Bu yaxınlarda ABŞ-ın Altsheymer Qurbanlarına Yardım Assosiasiyası bununla razılaşıb. Alimlər emal edilmiş qidalara diqqət yetirməklə, demək olar ki, 10 min insanın iştirak etdiyi araşdırmanın nəticələrini dərc ediblər. Müəyyən edilib ki, bu qidanın qida rasionunda həddindən artıq olması zehnin zəifləmə sürətini tezləşdirir. Buna görə də, hər cür pizza, ağ çörək və şirniyyatlar, eləcə də qazlı içkilər sağalmaz bir xəstəliyi yaxınlaşdıra biləcək məhsullardır.

Azpost.info

Əvvəlki məqalə

İyulda ünvanlı sosial yardımın məbləği artıb

Sonrakı məqalə

Rusiyadan və Şotlandiyadan quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb –