“Şahdağ”da otellər dolu olur, bəs niyə ziyanla işləyir?” –Ekspert dotasiya ayrılmasına etiraz etdi

“Şahdağ Turizm Mərkəzi” QSC-nə 2023-cü ilin dövlət büdcəsindən 56 mln. manat dotasiya ayrılacaq. Kompleks fəaliyyətə başlayandan bu günə hər il büdcədən dotasi alıb. Kompleksin tikintisi isə təqribən, 2 mlrd. dollara başa gəlib – ölkə tarixində ən rentabelsiz, büdcəyə yük olan layihələrdən biridir”.
Azpost.info bildirir ki, bu bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli meta-da yazıb.
Ekspert bildirib ki,  “Şahdağ Turizm Mərkəzi”-nin idarəetməsi Andorrada qeydiyatdan keçmiş PGI Management (Pas Grau Internacional Management) şirkətindədir: ” Şirkət 1957-ci ildən fəaliyyət göstərir. “PGI Management” şirkəti Ərzurumda (Grand Erzurum), Fransada (Gavarnie-Gèdre), Argentinada (El Calafate), Qazaxstanda (Çimbulak) fəaliyyət göstərir, kurortların idarəedilməsində iştirak edir. Amma nə Türkiyə, nə Fransa, nə Argentina, nə də Qazaxstan büdcəsindən dotasiya almırlar . Dövlət vəsaiti ilə tikilmiş, Mədəniyyət Nazirliyinin nəznində olan “Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?!”-deyə N.Cəfərli sual edib.
Ekspert bildirib ki,  “Şahdağ Turizm Mərkəzi”-nin otelləri ziyanla işləyirsə, bunun səbəblərini araşdıran olubmu?! “Bəlkə elə xərcləri azaltmaq lazımdır, çünki qiymətlər bahadır, otellər dolu olur, bəs ziyan harda yaranır?! Bəlkə elə xərcləri şişirtməklə mənimsəmə baş verir, korrupsiya bəlkə əsas səbəb korrupsiyadır?!”
N. Cəfərli deyib ki, dövlətin iqtisadiyyatda əsas işi ədalətli hakim olmaq və əlində olan vergi-gömrük alətləri, güzəştli kredit faizləri ilə ağıllı müdaxilələr etməklə tənzimləyici rolunda çıxış etməkdir.
Əvvəlki məqalə

Prezident zeytun emalı zavodunun açılışında iştirak edib

Sonrakı məqalə

İran XİN başçısı prezident Baydenə “ikiüzlü” dedi