Sahibə Qafarova Mustafa Şentopun oğlunun nikahına şahidlik edib –FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Başqanı Mustafa Şentopun oğlu Mehmet Selahaddin Şentop və Ayşegül Akbulutun nikah mərasimində iştirak edib. 
Azpost.info bildirir ki, bu barədə TBMM mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
İstanbul Beykoz Mecidiyyə Qəsrində baş tutan nikah mərasimi Qaziantep və Mardində qəzada həlak olanlara görə, sadə formada keçirilib.
Mərasimdə həmçinin Pakistan Senatının sədri Sadık Sanjrani, Şimali Kipr parlamentinin rəhbəri Zorlu Töre, vitse-prezident Fuat Oktay, Binəli Yıldırım, Bülent Arınc, Prezident Ərdoğanın oğlu Bilal Ərdoğan iştirak edib.
Şentop məclisdə iştiraka görə təşəkkür edib. “Bizim üçün bu əziz gündə yanımızda olan, sevincimizi bölüşən Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya, Pakistan Senatının başçısı Sanjraniyə və Şimali Kiprin parlament sədri Zorlu Töreye minnətdarlığımı bildirirəm”.

 

 

Əvvəlki məqalə

İslamiadada yüksək nəticə göstərmiş Azərbaycan idmançıları və məşqçiləri mükafatlandırılacaq

Sonrakı məqalə

“Vətəndaşlardan yeganə xahişim öz pullarına güvənməkdir” –