Bakıda “Şaurma 1” restoranında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Şaurma 1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaurma 1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.