“Sberbank”ın səhmlərinin qiyməti bir sentə düşüb –Yeni antirekord

Rusiya “Sberbank”ının səhmlərinin qiyməti bu gün London Birjasında bir sentə bərabər olub.

Azpost.info xəbər verir ki, bu, yeni antirekord hesab olunur. “Sberbank” Avropa bazarından çıxdığını açıqlayıb. Qrupun törəmə bankları qeyri-normal nağd pul axını və işçilərinin təhlükəsizliyinə təhdidlərlə üzləşdiklərini bildiriblər. Qeyd edək ki, “Sberbank” Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazir və Administrasiya rəhbəri Şuşada müşavirə keçirib

Sonrakı məqalə

Xarkovdakı konsulluğumuzun yaxınlığına raket düşüb, binaya ziyan dəyib