Seçkidə “exit-poll” keçirəcək təşkilatların sayı məlum olub

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.

Иu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”-u ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə keçirəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.