Bu il sentyabr 3, 10, 17-də keçiriləcək hərraclara müxtəlif növ əmlaklar çıxarılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sentyabrın 3-də keçiriləcək hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.
Sentyabrın 10-da keçiriləcək hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.
Sentyabrın 17-də keçiriləcək hərraca isə kiçik dövlət müəssisəsi, 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan “Bakı Beton Konstruksiyaları” MMC torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7 milyon 380 min manat olan müəssisənin ümumi faydalı sahəsi 9267 kvadratmetr, torpaq sahəsi isə 64 min 483 kvadratmetrdir.