Sertifikasiyaya cəlb edilməyəcək tibb işçilərinin siyahısı açıqlanıb

Praktik tibb fəaliyyəti hesab edilməyən həkim və orta tibb işçiləri sertifikasiyaya cəlb edilməyəcək.

Bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.

Qeyd edilib ki, Praktik tibb fəaliyyəti hesab edilməyən həkim və orta tibb işçisi vəzifələrinin siyahısı aşağıdakı kimidir:

Həkim vəzifələri
– Həkim-metodist
– Həkim-statistik

Orta tibb işçisi vəzifələri
– Tibbi statistik
– Çağırış üzrə tibb bacısı
– Tibb qeydiyyatçısı

Əvvəlki məqalə

Qəbələdə kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır

Sonrakı məqalə

Abituriyent məsləhət mərkəzləri şənbə və bazar günləri də fəaliyyət göstərəcək