Şeyxülislam Azərbaycan xalqına başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Başsağlığında deyilir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman hərbi qulluqçularımızın şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa bəxş etsin!”

Əvvəlki məqalə

Bu gün I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

Sonrakı məqalə

Ermənistanın təxribatı nəticəsində iki mülki şəxs yaralanıb