Sığınacaqda qızılcaya yoluxan 8 uşaq sağalaraq xəstəxanadan buraxılıb- TƏBİB

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.