Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi Qəzzada atəşkəslə bağlı İsraillə danışıqları çətinləşdirə bilər.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ərəb tərəfindən olan mınbələrə istinadən yazıb.
Onların fikrincə, Sinvar HƏMAS lideri kimi ABŞ-ın Qəzzada sülh əldə etmək cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tutacağı qeyd edilir.
Nəşr əlavə edib ki, HƏMAS-ın yeni lideri İsrail ordusunun bir nömrəli hədəfinə çevrilərək, onun hərəkata rəhbərlik etmək və atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini çətinləşdirib.
Çərşənbə axşamı Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib. O, hərəkatın hərbi qanadının və İsraillə əməkdaşlıq edən fələstinlilərə qarşı cəza əməliyyatlarında ixtisaslaşmış daxili təhlükəsizlik təşkilatının yaradıcılarından biri hesab olunur.
Azpost.info