Siqaret istehsalçılarına yeni tələb qoyulur

Burada deputatlarımızı maraqlandıran və maraq doğuran məsələ siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat vəsaitin olması məsələsi idi. Bu, İqtisadiyyat Nazirliyi tərəfindən əsaslandırılıb. Müəyyən xarici ölkələrin təcrübəsi nəzərə alınıb.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu maddənin qanuna əlavə edilməsi məqsədəuyğun hesab edilir: “Tütün və tütün məmulatları nə qədər qiymətli məhsul olsa da, insan orqanizminə ziyandır, onların keyfiyyətli istehsalı çox vacibdir. Keyfiyyətli məhsul istehsal etmək üçün müasir texnologiya, avadanlıqlar lazımdır.

“Bir sistemin quraşdırılmasının məbləğinin 10 milyon dollar müəyyənləşdirilməsi qanunauyğun haldır. Belə fikirlər var ki, bunun məbləği niyə 3-5 milyon olmur? Bu məbləğli avadanlıqlarla yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün deyil”, – deyə o, əlavə edib.

Komitə sədri vurğulayıb ki, arağın illik minimum həcminin 100 min dekolitr müəyyən olunması da əsaslandırılıb:

“Belə ki, birdən-birə 100 min dekolitr araq istehsal etmək gücünə malik müəssisələr yoxdur. Bu gün ölkədə 132 alkoqollu içki istehsalı ilə məşğul olan vergi ödəyicisi var. Araq istehsalı ilə məşğul olan 98 vergi ödəyicisindən yalnız 8-nin istehsal gücü o tələbi ödəyir. 75 faizi bu qədər araq istehsal edə bilmir. İqtisadiyyat Nazirliyindən aldığım məlumata görə, alkoqollu içki istehsalı üzrə ən çox vergidən yayınma hallarına, kölgə iqtisadiyyatına araq istehsalında rast gəlinir”(trend).

Əvvəlki məqalə

Prezident İlham Əliyev Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edir

Sonrakı məqalə

ABŞ dövlət katibi Blinken İsraildə səfərdədir