“SOCAR-ın adından yayılan bu xəbərlər tamamilə yalandır” –AÇIQLAMA

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumun yaydığı məlumatda qeyd olunur ki, son həftələrdə ARDNF və ARDNŞ (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər və eləcə də, təqdim olunan müvafiq onlayn platforma tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

“Bu paylaşımların Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyə olunur”, – deyə açıqlamada vurğulanır.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Moskvada COVİD-ə görə cərimə pulları vətəndaşlara qaytarılır –