SOCAR-ın Türkiyədə fəaliyyət imkanları müzakirə olunub

Türkiyədə səfərdə olan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

SOCAR-dan  verilən məlumata görə, Mikayıl Cabbarov “Petkim Külək Enerjisi Stansiyası”nın Türkiyənin bərpa olunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyə-Azərbaycan iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, ölkəsinin Azərbaycanda həyata keçiriləcək qaz hasilatının artırılması layihələrində investor olaraq iştirakı barədə fikirlərini bildirib. Görüşdə Azərbaycan və Türkiyə arasında energetika, bərpa olunan enerji sahələrində əməkdaşlığın, SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əvvəlki məqalə

Qazi Denis Quzlayevlə Milli Qəhrəman Yuri Kovalyovun qızının toyudur –

Sonrakı məqalə

Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb – FOTO