“Soçi sammitinin sülhə kömək göstərəcəyinə ümid edirik” –Rusiya XİN

Rusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Rusiya ümid edir ki, Soçidə keçiriləcək üçtərəfli sammit Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcək”- deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan liderləri ilə görüşü də planlaşdırılıb. (APA)

Əvvəlki məqalə

Britaniyanın sərhəd xidmətinin binası yandırılıb

Sonrakı məqalə

Goranboyda baş leytenant hərbçi həyat yoldaşını qətlə yetirib