Son 20 ildə 25 minə yaxın cinayətkar dəstə zərərsizləşdirilib –Nazir Vilayət Eyvazov

2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

bu barədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyilib.

Bildirilib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.