“Sony” Qazaxıstanda “PS Store” açmaqdan imtina edib- Ruslara görə

“Sony” korporasiyası Qazaxıstanda “PlayStation Store” xidmətini açmır, çünki ruslar ondan istifadə etməyə başlaya bilər”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf və aerokosmik sənaye nazirinin müavini Asxat Orazbek bildirib.

“Rusiya vətəndaşlarının yerli banklarımızda hesab açmaq imkanı olduğundan “Sony” korporasiyası hazırda bölgəmizdə – Orta Asiyada “Sony PlayStation” hesablarına giriş açmağı planlaşdırmır”, – Orazbek deyib.

“Sony” 2022-ci ilin martında sanksiyalara görə Rusiyadakı fəaliyyətini dayandırıb. Nəticədə Qazaxıstanın bir çox sakinləri də hesablarını Rusiya üzərindən qeydiyyatdan keçirdikləri üçün “PS Store”a girişi itiriblər.

Bundan əvvəl ölkə rəqəmsal mağazada ayrıca bir region kimi təmsil olunmurdu.

Azpost.info

Əvvəlki məqalə

Enerji Agentliyinə mətbuat katibi təyin olunub

Sonrakı məqalə

Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapılıb