“Sovet ordusunun Bakıya müdaxiləsi xalqın əzmini sındırmaq məqsədi güdürdu” –Prezidentin köməkçisi

“20 yanvar Azərbaycan xalqının mübarizlik və qəhrəmanlıq salnaməsidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, həmin dövrdə Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi: “Bu, Azərbaycan xalqının müstəqillik uğrunda olan əzmini daha da artırdı. Beynəlxalq ictimaiyyətə 20 yanvar hadisələri haqqında məlumatı çatdıran ulu Öndər Heydər Əliyev olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan yeni geosiyasi reallıqlardan nəticə çıxarmalıdır” –

Sonrakı məqalə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb –