“Xalqımız illərdir bir-birindən uzaq qalıb. Sovet dövlətinin siyasəti nəticəsində türk dövlətləri öz dillərində danışa bilmirdilər. Mənə Türkiyəyə getməyə icazə vermirdilər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin Şuşa görüşündə deyib.
“Bu gün imzalanan bəyanata and içirik ki, heç kim bu birliyi, bu qardaşlığı poza bilməz, bizi bir-birimizdən ayıra bilməz. Biz burada 6 nəfərik, amma bizim arxamızda 200 milyondan çox türk var. Buna görə də türk dövlətlərinin başçılarına da minnətdarlıq bildirirəm ki, mənim təklifimi qəbul etdilər və biz bu görüşü bu gün müqəddəs Şuşada keçiririk. Bir daha çağırış edirəm: Gəlin birlikdə olaq! Bizi birləşdirən Allah, Quran, türkçülük var. Bu gün xristian dünyasında birliklər gedir. Müsəlmanlara qardaş desələr də, daxildə xristianlığı yaymağa çalışırlar”, – QMİ sədri qeyd edib. (APA)