“Sputnik V” peyvəndi yaxın vaxtlarda ölkəyə gətiriləcək –

Səhiyyə Nazirliyi
12 Mart 2021 - 16:26

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla  yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.