Teatr və kino aktyoru, SSRİ xalq artisti, Rusiya Dövlət Akademik Malı Teatrının bədii rəhbəri Yuri Solomin xəstəxanaya yerləşdirildikdən sonra özünü yaxşı hiss etməyə başlayıb.
Azpost.info bildirir ki, bu barədə “Moskva” İA məlumat yayıb.
Teatrın direktoru Tamara Mixaylovanın sözlərinə görə, 88 yaşlı sənətkar daha bir neçə müayinədən keçməli olacaq. Solominin vəziyyətində müsbət dinamika müşahidə edilir.
Aktyor hələlik xəstəxanadadır, lakin onun evə buraxılması məsələsi artıq həll olunub.