«Standard&Poor’s» Azərbaycanla bağlı narahatlıqları sadalayıb-ƏSAS MƏQAMLAR

Xəbər verildiyi kimi, «Standard&Poor’s» agentliyi Azərbaycanın və bir neçə ölkənin kredit reytinqini növbədənkənar qiymətləndirib.

26 mart 2020-ci il tarixində «Standard ənd Purz» agentliyinin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Belə ki, Azərbaycanın beynəlxalq kredit reytinqi dəyişməyərək «BB+» səviyyəsində, uzunmüddətli proqnoz isə «sabit» saxladığını təsdiq olunub.

Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta etiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb. Standard&Poor’s-in növbəti qiymətləndirməsi iyulda olacaq. Bununla yanaşı, kredit agentliyinin Azərbaycanın suveren reytinqinilə bağlı açıqlamasında xeyli maraqlı məqamlar var.

Reytinqin dərəcəsi ölkənin (şirkətin) qiymətləndirmə anına öz öhdəliklərini (həm xarici, həm də yerli valyutada) icra etməyə nə qədər imkanı olduğunu təsdiqləyir. Vəziyyətdən asılı olaraq bu imkanlar da tez-tez dəyişir.

İqtisadçı ekspert Rövşən Ağayev yazır ki, reytinq dərəcələrində BB təsnifat qrupu ona işarədir ki, iqtisadi proseslərin gedişindən asılı olaraq kredit riskləri arta bilər, amma bunu qarşılamaq üçün alternativ resurs tapma imkanları da mövcuddur: «Şübhəsiz ki, Azərbaycanın xarici aktivlərinin belə risklərdən qorunmaq üçün alternativ resurs olması ən azından suveren reytinqin hələlik bundan daşa aşağı spekulyativ risk qruplarına düşməyə qoymur».

Agentliyin son qiymətləndirməsində bəzi maraqlı məqamlar yeri alıb. Onlar belədir:

1.Uzun müddət neftin ucuz qalması məzənnə dəyişikliyinə səbəb ola bilər – bunun 2015-ci ildən fərqli olaraq bu dəfə valyuta ehtiyatlarının itirilməsinin qarşını atılmaq üçün edilməsi gözləniləndir;

2. Ölkədə institusional mühitin effektivliyi zəif, iqtisadi diversifikasiya məhdud, pul-kredit siyasəti çeviklikdən uzaqdır (xüsusilə də xarici sektorla bağlı məlumatların dəqiqliyində və əhatəliyində);

3. Gələcək tədbirləri proqnozlaşdırmaq çox çətindir, çünki qərar qəbulu həddən artıq mərkəzləşib. Bu vəziyyət şəffaflıq mühitini pisləşdirir, gələcək siyasi qərarları proqnozlaşdırmağa imkan vermir;

4. Korrupsiya səviyyəsi yüksəkdir və bu qanunun aliliyinə zəmanət verməyə və məlumatların sərbəst yayılmasına imkan vermir;

5. Maliyyə sistemində dollarlaşma səviyyəsi yenə də çox yüksək olaraq qalır;

6. 2020-ci il üçün 0.7% iqtisadi daralma, 3.5% sərmayə azalması gözləyir (nəzərə alaq ki, hələ yanvarda hazırlanan hesabatdır – yəni virusun təsiri nəzərə alınmayıb);

7. Cari hesablarda ÜDM-nin 7.5%-i səviyyəsində defisit proqnozlaşdırır, cari hesablarla ölkəyə xarici valyuta daxilolmalarının ÜDM-də payı 2019-cu ildəki 54.4%-dən 44%-ə enə bilər;

8. Xalis birbaşa və portfel investisiyaların ÜDM-də payı 0-1.5% intervalında ğözlənir;

9. Məcmu xarici maliyyələşmə ehtiyacı kəskin artacaq. Bu özünü 2 göstəricinin cəmi kimi göstərir – cari hesablar balansnın defisiti+qısamüddətli xarici borcların həcmi. 2020-ci ildə məcmu xarici maliyyələşmə üçün tələb olunan vəsaitin ümumi həcmi cari hesablar çərçivəsində ölkəyə daxil olan xarici valyuta ilə istifadə edilə bilən xarici valyuta ehtiyatlarının 111%-nə bərabər olacaq. Halbuki 2019-da 88% olmuşdur.

10. İstifadə edilə biləcək valyuta ehtiyatlarının həcmi 2019-a nisbətən 90%-a yaxın azalaraq 3.5 mlrd. dollar təşkil edə bilər. “İstifadə edilə biləcək valyuta ehtiyatları” – yenidən qiymətləndirmə nəticəsində aktivlərin itirilən dəyəri, girov təminatı kimi saxlanmayan xarici aktivlər, birbaşa investisiya (o cümlədən daşınmaz əmlaka qoyulan) kimi istifadə edilməyən və il ərzində istifadə edilə biləsi ehtiyatlarınn məcmu həcmidir. (Fed.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyanın Baş Naziri reanimasiyadan çıxıb –

Sonrakı məqalə

Koronavirusa yoluxmuş NATO-nun keçmiş baş katibi sağalıb