Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki müşahidə məntəqəsini bağlayıb.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sülhməramlılar Xocavənd və Ağdərə rayonlarında müşahidə postlarını ləğv edib.
Xatırladaq ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də bir müşahidə məntəqəsini bağlayıblar.