Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır, regiondadır.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir:
“Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu da müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi”.