Sumqayıt Kollecinin yanan yataqxanasında tələbələr yaşamır –Təhsil Nazirliyi

Sumqayıt Dövlət Texniki Kollecinin yanan ikimərtəbəli yataqxanasında tələbələr yaşamır. 
Azpost.info bildirir ki, bu barədə Elm və Təhsil Nazilriyinin mətbuat xidmətinin rəhbəri Səbuhi Rzazadə məlumat yayıb.
“Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.
Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”-deyə açıqlamada vurğulanır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.