Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan olmayıb

Yanğın
Yanğın

Ötən gün axşam saatlarında Sumqayıtda Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisində yanğın olub. Hadisə şəhərin 9-cu məhəlləsində yerləşən köhnə anbarda baş verib.

Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik Tahir Quliyev bildirib ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilərək yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 400 kvadratmetr olan ayaqqabı təmiri obyektinin dam örtüyünün yanar konstruksiyaları və Sumqayıt şəhər Təcili Yardım Stansiyasının ərazisində ümumi sahəsi 240 kvadratmetr olan anbarın dam örtüyünün yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.