Sumqayıtda yanğın baş verən yataqxana qazlaşdırılmayıb –"Azəriqaz"

Sumqayıt şəhərində yanğın baş verən kollecin yataqxanası qazlaşdırılmayıb.

Azpost.info bildirir ki, bu barədə “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.

“Sumqayıt şəhərində kollecin yataqxanasında yanğın baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hadisənin baş vermə səbəbini hüquq mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.