Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub –

Ölən var (YENİLƏNİB)
10 Mart 2021 - 15:43

“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.

**

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub.

Nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksandroviç qatarla avtobus arasında qalaraq ölüb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək. (APA)