“Sürix protokolları barədə xəbərdarlıq etmişdik”- Rusiya XİN başçısı

“Tarixin və coğrafiyanın bizə bəxş etdiyi bütün qonşularımızla münasibətlərimiz inkişaf etdiririk. Biz bütün qonşularımızla normal münasibətlərə malik olmaq istəyirik. Biz Ermənistanla Türkiyə arasındakı mövcud problemlərin həll olunmasına hər cür yardım edirik. 2010-cu ildə biz Sürix protokollarının imzalanmasında fəal iştirak etsək də, bu ideyaya tam şəkildə üstünlük verilməsi və bu protokolların Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olmayaraq qüvvəyə minə biləcəyinə ümid bəsləməmək barədə xəbərdarlıq etmişdik. Bizim ciddi şübhələrimiz vardı”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə protokollarının kədərli taleyinə baxmayaraq, Moskva Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün imkanlarından istifadə etməyə hazır olaraq qalır: “Lakin bunun üçün hər iki tərəfin marağı olmalıdır. Biz tərəflərdən kiminsə müharibəyə başlayacağına güman etmək üçün hansısa əsas görmürük. Bütün hallarda bizim bütün siyasətimiz burada sülhün, birgə yaşamağın və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraq hökumətindən İrana etiraz

Sonrakı məqalə

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb