Türkiyə Suriyada əməliyyata başladıqdan sonra əcnəbi terrorçuların saxlandığı 12 həbsxana mühafizəsiz qalıb. Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib: “Bu terrorçuların öz vətənlərinə qayıtmasına gətirib çıxara bilər” –deyə nazir narahatlığını ifadə edib. Şoyqunun sözlərinə görə, türk ordusunun əməliyyatı 12 həbsxananı və 8 qaçqın düşərgəsini mühafizədən məhrum edib. Nazir deyib ki, terrorçulara qarşı bütün dünya ictimaiyyətinin səylərini birləşdirmək lazımdır.