Suriyadakı ABŞ bazasına raket hücumu nəticəsində amerikalı əsgərlər həlak olub.
Azpost.info bildirir ki, bu barədə “Al Mayadeen” telekanalı əməliyyat barədə məlumatlı olan mənbəyə istinadən bildirir.
Hadisə ölkənin şərqində, Deyr əz-Zor əyalətində qeydə alınıb. “Koniko” hərbi bazası neft yatağında yerləşir. Hələlik dəqiq neçə əsgərin öldüyü məlum deyil.
“Amerika hərbçiləri arasında Suriyanın şərqindəki Koniko bazasına raket hücumu nəticəsində həlak olanlar var”, – məlumatda deyilir.
Bundan əlavə, bazaya ən azı 15 raketin atıldığı məlumdur. Digər təfərrüatlar yekunlaşdırılır.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Amerika hərbçiləri Suriyanın şərqində İran SEPAH Korpusunun iki obyektinə və İranyönlü qruplara hücum ediblər. Bu hərəkətlər cavab tədbiri olub.